Mingəçevir sakini bıçaqlanıb » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Mingəçevir sakini bıçaqlanıb

Mingəçevir sakini bıçaqlanıb

Müəllif: Kürsüm
//
23 Ocak 2013
//
//

Mingəçevir sakini bıçaqlanıb

Şəhər Polis Şöbəsindən xeberleragentliyi.com-a verilən məlumata görə, dünən günorta saatlarında Heydər Əliyev prospekti 43, mənzil 39-da yaşayan 1970-ci il təvəllüdlü Məhərrəmov İlham Musa oğlu ürək və qarın boşluğu nahiyəsindən bir neçə bıçaq xəsarəti ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər dərhal onu əməliyyat ediblər və hazırda xəstənin vəziyyəti ağır olaraq qalır.

İlham Məhərrəmov səhhəti ilə bağlı polisə ifadə verə bilmədiyi üçün onu bıçaqlayan şəxsin kimliyi hələ ki, məlum deyil.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

xeberleragentliyi.com
Xəbər Lenti Giriş Populyar Reklam