Əbülfəz Qarayev narazıdır » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Əbülfəz Qarayev narazıdır

Əbülfəz Qarayev narazıdır

Müəllif: Anar
//
23 yanvar 2013
//
//

Əbülfəz Qarayev narazıdır

Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilib.
Xeberleragentliyi.com nazirliyin saytına istinadən məlumat verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə keçən iclasda ilk olaraq "Mədəniyyət" qəzeti və "Mədəni həyat" jurnalında mədəniyyət və turizm sahələrinin müasir tələblərə uyğun işıqlandırılması məsələsi müzakirə olunub.

Nazirliyin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyev məsələ ilə bağlı məruzə edib. Məruzədə Mədəniyyət və Turizm Nazirliyinin təsisçisi olduğu nəşrlərin qənaətbəxş fəaliyyəti qeyd olunmaqla yanaşı, ümumilikdə mədəniyyət və turizmdən yazan mətbuat vasitələri və jurnalistika üçün xarakterik olan bir sıra problemlər nəzərə çatdırılıb. Mövzu əlvanlığı, dünya mədəniyyətində gedən proseslərin işıqlandırılması, dilin qorunması və inkişafı kimi məsələlərə xüsusi diqqət yetirilməsi tövsiyə olunub. Hər iki nəşrin illik planının hazırlanıb təqdim olunması, informasiya ilə iş konsepsiyasının hazırlanmasının zəruriliyi vurğulanıb. Quliyev, həmçinin "Mədəniyyət mövzusunda publisistik məqalə" müsabiqəsinin keçirilməsini təklif edərək, müsabiqənin bu sahədə müsbət stimul yarada biləcəyini söyləyib.

Daha sonra fikirlərini bildirmək üçün "Mədəniyyət" qəzetinin baş redaktoru İntiqam Hümbətova söz verilib. O, nəşrlərin işinə göstərilən diqqətə görə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib, qəzetin fəaliyyətində ortaya çıxan problemləri qeyd edib.

"Mədəni həyat" jurnalının baş redaktoru Yaşar Vəliyev söylənilən iradlarla razılaşdığını bildirərək, mövcud çətinliklərdən, abunə işinin təşkilindən danışıb. Kollegiya üzvləri - mədəniyyət və turizm nazirinin müavinləri Sevda Məmmədəliyeva, Ədalət Vəliyev, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, nazirliyin Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov müzakirə olunan məsələ barədə fikirlərini, təklif və iradlarını bildirib, müsbət və neqativ məqamları qeyd ediblər.

Nazir Əbülfəs Qarayev nəşrlərin işində bir sıra çatışmazlıqların olduğunu qeyd edərək, dərc olunan materiallarda tənqidə yer verməyin zəruriliyini, ümumiyyətlə, bu mövzuya ümumrespublika kontekstindən yanaşaraq müqayisəli təhlillər aparmağın vacibliyini bildirib. "Mədəniyyət" qəzetində turizm sahəsinə daha geniş diqqət ayrılmasının vacibliyi qeyd edilib, bu sahədə mütəmadi xüsusi buraxılışların hazırlanması tövsiyə olunub. Nazir yaxın iki ay ərzində məsələ ətrafında tədbirlər planının hazırlanması barədə göstəriş verib.
Xəbər Lenti Giriş Populyar Reklam