BANM qəbul olunmuş abituriyentlərin orta bal və dövlət sifarişi ilə qəbul göstəricilərinə görə lider olub » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » BANM qəbul olunmuş abituriyentlərin orta bal və dövlət sifarişi ilə qəbul göstəricilərinə görə lider olub

BANM qəbul olunmuş abituriyentlərin orta bal və dövlət sifarişi ilə qəbul göstəricilərinə görə lider olub

Müəllif: Kürsüm
//
23 Ocak 2013
//
//

OXUNUB:252
BANM qəbul olunmuş abituriyentlərin orta bal və dövlət sifarişi ilə qəbul göstəricilərinə görə lider olub

Ölkəmizin təhsil sisteminin ən gənc təhsil müəssisəsi olan Bakı Ali Neft Məktəbi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 noyabr 2012 - ci il tarixli Fərmanı ilə yaradılmışdır. Bu təhsil ocağının əsas vəzifəsi ən müasir tələblərə cavab verən yüksəkixtisaslı mühəndis kadrların hazırlanmasıdır. BANM-dən xeberleragentliyi.com-a verilən məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nəzdində fəaliyyət göstərən Bakı Ali Neft Məktəbi tarixi baxımdan çox kiçik müddət ərzində fəaliyyətinin təşkilində çox əhəmiyyətli uğurlara imza atmış və innovasiyalı texnologiyaların hər sahədə geniş tətbiqi ilə fərqlənmişdir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nəşr etdiyi "2012-ci ilin qəbul və buraxılış imtahanlarının nəticələri (xülasələr, statistik məlumatlar)" adlı "Abituriyent" jurnalının xüsusi buraxılışında öz əksini tapmış statistik göstəricilər sübut edir. Bakı Ali Neft Məktəbinə elan edilmiş qəbul yerlərinin hər birinə müsabiqədə iştirak etmək üçün 13 nəfər ərizə vermişdir.

I qrup ixtisasları üzrə qəbul imtahanlarında 600-dən çox bal toplayan 234 nəfərin 116-sı məhz Bakı Ali Neft Məktəbinə daxil olmuşdur. Bu, qəbulun nəticələrinə görə bütün qruplar üzrə 600 baldan çox bal toplamış abituriyentlərin 9,46%-ni təşkil etmişdir.

Bakı Ali Neft Məktəbi qəbul olunan abituriyentlərin göstəricilərinə gorə 600 ballıq həddi keçmiş yeganə təhsil ocağıdır ki, daxil olan tələbələrin orta balı 631 olmuşdur.

Qəbul olan abituriyetnlərin orta bal göstəricilərinə görə ali məktəblərin reytinq cədvəli.

1.
Bakı Ali Neft Məktəbi
2.
Azərbaycan Tibb Universiteti
3.
Azərbaycan Diplomatik Akademiyası
4.
A.R.Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
5.
Bakı Dövlət Universiteti
6.
Qafqaz Universiteti

600-dən çox bal toplamış və ali məktəblərə qəbul olmuş gənclərin sayına görə Bakı Ali Neft Məktəbi ali təhsil müəssisələri arasında 5-ci yerdə qərarlaşmışdır.


Ali Məktəb
Yüksək nəticə ilə qəbul olanların sayı
1.
Azərbaycan Tibb Universiteti
336
2.
Bakı Dövlət Universiteti
219
3.
Qafqaz Universiteti
154
4.
A.R.Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
150
5.
Bakı Ali Neft Məktəbi
116
6.
Azərbaycan Dillər Universiteti
83
7.
Azərbaycan Diplomatik Akademiyası
48
8.
Azərbaycan Dövlət İqtisad Universiteti
45
9.
Azərbaycan Dövlət Neft Akademiyası
14
10.
Milli Aviasiya Akademiyası
14
11.
Naxçıvan Dövlət Universiteti
13
12.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı
3
13.
Azərbaycan Turizim İnstitutu
2
14.
Xəzər Universiteti
2
15.
Gəncə Dövlət Universiteti
2
16.
Azərbaycan Memarlıq və İnşaat Universiteti
1
17.
Azərbaycan Texniki Universiteti
2
18.
Azərbaycan Dövlət Aqrar Universiteti
1
19.
"Azərbaycan" Universiteti
1

Dövlət sifarişi ilə tələbə qəbulunun göstəricilərinə görə isə Bakı Ali Neft Məktəbi mütləq liderdir. Belə ki "Neft - qaz mühəndisliyi" ixtisası üzrə qəbul elan edilmiş 45 yerdən 44-nü ,"Kimya mühəndisliyi" ixtisası üzrə 117 yerdən 51-ni tutanlar Bakı Ali Neft Məktəbinin tələbələri olmuşlar.

Dövlət sifarişi ilə tələbə qəbuluna görə ali məktəblərin reytinq cədvəli.

1.
Bakı Ali Neft Məktəbi
2.
A.R.Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
3.
Bakı Dövlət Universiteti
4.
Azərbaycan Turizm İnstitutu

Ali Məktəblərə qəbul olmuş və Prezident təqaüdünə layiq görülmüş 102-i nəfərdən 11- i Bakı Ali Neft Məktəbinin tələbələridir.


Ali Məktəb
Prezident təqaüdçülərinin sayı
1.
A.R.Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
28
2.
Azərbaycan Tibb Universiteti
26
3.
Qafqaz Universiteti
20
4.
Bakı Ali Neft Məktəbi
11
5.
Bakı Dövlət Universiteti
10
6.
Azərbaycan Diplomatik Akademiyası
4
7.
Azərbaycan Dövlət İqtisad Universiteti
2
8.
Azərbaycan Dövlət Neft Akademiyası
1

Bakı Ali Neft Məktəbi ötən bir il ərzində həm də ən müasir tələblərə cavab verən infrastruktur yarada, idarəetmə və pedaqoji heyəti də formalaşdıra bilmiş, professor-müəllim heyətinin tədrisdə, tələbələrin isə təhsildə motivasiyalarını yüksəltmək üçün silsilə həvəsləndirici və səfərbəredici tədbirlər həyata keçirmişdir.

Bu ali təhsil müəssisəsinin uğurlarından biri də onun ilk günlərdən beynəlxalq əlaqələrinin genişləndirilməsi və Qərb ölkələrində geniş tətbiq olunan ən müasir tədris proqramlarının və texnologiyalarının ali məktəbə gətirilməsi istiqamətində atılmış addımlarıdır.

Hazırda Bakı Ali Neft Məktəbində Böyük Britaniyanın Heriot-Uatt Universitetinin tədris proqramı əsasında bakalavriatdan əvvəlki hazırlıq həyata keçirilir. Tələbələr bir il ərzində "inglis dili" və "kompüter və informasiya texnologiyaları" fənnlərini yüksək səviyyədə öyrənirlər. Tədris prosesi kompüter, multimediya və internet - texnologiyalarının tətbiqi ilə həyata keçirilir.

Növbəti tədris ilində ixtisaslar üzrə inglis dilində mütəxəssis hazırlığına başlanılacaqdır.

Ali məktəbdə tədris prosesi ilə yanaşı gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, dünyagörüşlərinin genişləndirilməsi, mədəni səviyyələrinin yüksəldilməsi və fiziki hazırlıqlarının artırılması istiqamətində də silsilə tədbirlər həyata keçirilir.

xeberleragentliyi.com
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam