Əmək qanunvericiliyinin pozulması ilə bağlı 352 hüquq pozuntusu aşkar edilib » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Əmək qanunvericiliyinin pozulması ilə bağlı 352 hüquq pozuntusu aşkar edilib

Əmək qanunvericiliyinin pozulması ilə bağlı 352 hüquq pozuntusu aşkar edilib

Müəllif: cavidan
//
14 Temmuz 2020
//
//

Əmək qanunvericiliyinin pozulması ilə bağlı 352 hüquq pozuntusu aşkar edilib

Bu ilin ilk yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə vətəndaşlar tərəfindən ərizə formasında daxil olan 4 407 müraciət araşdırılaraq cavablandırılıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, vətəndaş müraciətləri daha çox, emal, tikinti, topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, ictimai iaşə və digər sahələrdə əmək münasibətlərinə aid olub.

Müraciətlərin araşdırılması zamanı əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsi (o cümlədən, əmək haqlarının ödənilməməsi, məzuniyyət hüquqlarının pozulması, əmək müqavilələrinin bağlanmaması, yaxud onun şərtlərinin yerinə yetirilməməsi və s.) ilə bağlı 352 hüquq pozuntusu aşkar edilib.

Qeyd edilən hüquq pozuntularının aradan qaldırılması üçün Xidmət tərəfindən qanunvericiliyə uyğun inzibati tədbirlər görülüb. Həmçinin hüquq pozuntularına yol vermiş işəgötürənlərə əmək qanunvericiliyinin müvafiq məsələlərlə bağlı tələblərinə dair ətraflı məlumatlar verilib.
Xəbər Lenti Giriş Populyar Reklam