TORPAQ, UĞRUNDA ÖLƏN VARSA VƏTƏNDİR! » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » TORPAQ, UĞRUNDA ÖLƏN VARSA VƏTƏNDİR!

TORPAQ, UĞRUNDA ÖLƏN VARSA VƏTƏNDİR!

Müəllif: cavidan
//
14 Temmuz 2020
//
//

TORPAQ, UĞRUNDA ÖLƏN VARSA VƏTƏNDİR!


Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycana qarşı növbəti təxribatının qarşısını qətiyyətlə alan Azərbaycan ordusu ilə, Azərbaycan əsgərləri ilə qürur duyuruq. Ürəyimiz, qəlbimiz, dualarımız ön cəbhədə canı-qanı bahasına Vətən torpağını qoruyan əsgərlərimizlədir.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları BAŞ LEYTENANT MAHMUDOV RƏŞAD RƏŞİD OĞLU, ÇAVUŞ SADIQOV VÜQAR LƏTİF OĞLU, BAŞ ƏSGƏR MƏMMƏDOV ELŞAD DÖNMƏZ OĞLU və ƏSGƏR DAŞDƏMİROV XƏYYAM MƏHƏMMƏD OĞLU qəhrəmancasına Şəhid olublar. Şəhidlərimizin ruhları şad olsun, ailələrinə dərin hüznlə baş sağlığı verir, Allahdan səbr diləyirəm. Allah rəhmət eləsin! Yaralılarımıza şəfalar diləyirəm.

Düşmənə vurulmuş sarsıdıcı zərbələr bir daha göstərdi ki, Şəhidlərimizin qisası alındı, bu torpağı Vətən edən Şəhidlərimizin qanı yerdə qalmadı və qalmayacaqdır. Azərbaycan bir qarış da olsa torpağını düşmən tapdağı altında qoymayacaqdır.

Şəhidlərimizin övladları, ailəsi artıq bu Vətənə əmanətdir. İnşallah, Böyük Qələbə Günü gözlərimiz sevinc yaşları ilə dolacaq, indi isə heç kim ağlamasın. VƏTƏN, BAŞIN SAĞ OLSUN!

Müəllif: Şəmsəddin Hacıyev
YAP Səbayel rayon təşkilatının sədri


TORPAQ, UĞRUNDA ÖLƏN VARSA VƏTƏNDİR!
TORPAQ, UĞRUNDA ÖLƏN VARSA VƏTƏNDİR!
TORPAQ, UĞRUNDA ÖLƏN VARSA VƏTƏNDİR!
TORPAQ, UĞRUNDA ÖLƏN VARSA VƏTƏNDİR!
Xəbər Lenti Giriş Populyar Reklam