Sizin reklam burada
Sizin reklam burada

Düşmən Naxçıvan istiqamətində atəşkəs rejimini pozdu - RƏSMİ

Düşmən Naxçıvan istiqamətində atəşkəs rejimini pozdu - RƏSMİ


Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 12-si saat 22:45-dən etibarən iyulun 13-ü saat 00:40-dək iriçaplı silahlardan da istifadə etməklə, Şahbuz və Culfa rayonları istiqamətində müdafiə olunan mövqelərimizi atəşə tutub.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Düşmənin atəşkəs rejimini pozması zamanı əsasən izburaxan və yandırıcı mərmilərdən istifadə etməsi ara boşluğunda olan beş hektara qədər ərazinin yanması ilə nəticələnib.

Düşmən cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ