Nazir müavini: ""Binə" və "Sədərək" ticarət mərkəzlərinin vergiqoyma məsələsi bu il həll edilməlidir" » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Nazir müavini: ""Binə" və "Sədərək" ticarət mərkəzlərinin vergiqoyma məsələsi bu il həll edilməlidir"

Nazir müavini: ""Binə" və "Sədərək" ticarət mərkəzlərinin vergiqoyma məsələsi bu il həll edilməlidir"

Müəllif: Kürsüm
//
23 Ocak 2013
//
//

Nazir müavini: ""Binə" və "Sədərək" ticarət mərkəzlərinin vergiqoyma məsələsi bu il həll edilməlidir"

""Binə" və "Sədərək" ticarət mərkəzlərinin sahibləri bu il ərzində hər iki mərkəzdə işləyən sahibkarlardan vergi tutulması ilə bağlı bütün məsələləri həll etməlidirlər". xeberleragentliyi.com-un məlumatına görə, bu barədə çərşənbə axşamı vergilər nazirinin birinci müavini Natiq Əmirov mətbuat konfransında deyib.

"Ötən il bu ticarət mərkəzlərinin sahibləri ilə görüşlər keçirdik və onlara bu məsələlərin həll edilməsi üçün daha bir il verdik. Orada işləyən bəzi sahibkarlar hesab edirlər ki, onların ödəməli olduqları vergilər obyektin icarə dəyərinə daxildir. Bu, qanunsuzdur və daha çox sahibkarların günahıdır. Sahibkarlar onlara vergiqoyma məsələlərini yaxşı izah etməyiblər", - Əmirov qeyd edib.

Onun sözlərinə görə, bu ticarət mərkəzlərində kassa aparatlarının quraşdırılmasına ötən il başlanıb, mərkəzlərin ərazisində nazirliyin servis məntəqələri işləyir.

xeberleragentliyi.com
Xəbər Lenti Giriş Populyar Reklam