Bakıya qanunsuz sərnişin daşıyanlar həbs edildilər » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakıya qanunsuz sərnişin daşıyanlar həbs edildilər

Bakıya qanunsuz sərnişin daşıyanlar həbs edildilər

Müəllif: cavidan
//
09 Temmuz 2020
//
//

Bakıya qanunsuz sərnişin daşıyanlar həbs edildilər


Rayonlardan Bakıya qanunsuz sərnişin daşıması ilə məşğul olan şəxslər saxlanılıblar.

Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Ağdaş rayon Yuxarı Qəsil kənd sakini Hüseynov Nicat Xaləddin oğlu özünə məxsus olan avtomobillə iyulun 7-də postlardan yayınmaqla müvafiq icazəsi olmayan şəxsləri Bakı şəhərinə gətirərkən Dövlət Yol Polisinin və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının birgə əməliyyatı nəticəsində saxlanılıb.

Ona İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (karantin rejimi qaydalarını pozma) maddəsi ilə 15 sutka inzibati həbs cəzası verilib.

Həmçinin, Qəbələ rayon Bunud kənd sakini, 1985-ci il təvəllüdlü Ağakişiyev Əziz Gülağa oğlu da Qəbələdən paytaxta qanunsuz sərnişin daşıdığına görə 15 sutka inzibati həbslə cəzalandırılıb.
Xəbər Lenti Giriş Populyar Reklam