Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı




Son 24 saatda Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 583 yeni yoluxma faktı qeydə alınıb, 395 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 19 267 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10 820 nəfər müalicə olunaraq sağalıb, 235 nəfər vəfat edib, 8 212 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7137, ötən müddət ərzində isə ümumilikdə 502 965 test aparılıb.

Xatırladaq ki, 02 iyulda 572 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ