Sizin reklam burada
Sizin reklam burada

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək.

Mərkəzdən verilən məlumata görə, imtahanlarda 15526 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulur. 

İmtahanlar saat 11:00-da başlanır. 


İmtahanların başlanmasına 15 dəqiqə qalmış, saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

İmtahanların təşkil edilməsi üçün 71 imtahan binası, 1273 imtahan zalı, 71 ümumi imtahan rəhbəri, 207 imtahan rəhbəri, 1660 nəzarətçi – müəllim, 142 buraxılış rejimi əməkdaşı, 71 bina nümayəndəsi ayrılıb.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 3 iyul 2020-ci ildə şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq: 

• Əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, V ixtisas qrupu və kolleclərə qəbul imtahanı (Naxçıvanda);

• 9-cu sinif üzrə buraxılış imtahanları; 

• 11-ci sinif üzrə buraxılış imtahanları; 

• Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları; 

• Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu (cari və əvvəlki illər) və 11-ci sinif (cari il) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları keçirilir;

• Heydər Əliyev adına Hərbi Liseyə qəbul imtahanı (Naxçıvanda).

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ