Sizin reklam burada
Sizin reklam burada

Etibar Babayev koronavirusdan vəfat etdi

Etibar Babayev koronavirusdan vəfat etdi


AzTV-nin daha bir əməkdaşı koronavirusdan vəfat edib.

"Qafqazinfo" xəbər verir ki, telekanalın Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Etibar Kamal oğlu Babayev Covid-19-un qurbanı olub.

Onun vəfat etməsi ilə bağlı xəbəri "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli şəxsi feysbuk hesabında yayıb.

Məlumata görə, E.Babayev Tibb Universitetinin Tədris Terapevtik Klinikasına yerləşdirilmişdi.

Qeyd edək ki, iyulun 1-də AzTV-nin rejissoru Samir Nemətzadə də koronavirusdan dünyasını dəyişmişdi.

  • Sosial şəbəkədə paylaş