Sizin reklam burada
Sizin reklam burada

Ay bitdi, 190 manat ödənilmədi – Vəsait nə zaman köçürüləcək?

Ay bitdi, 190 manat ödənilmədi – Vəsait nə zaman köçürüləcək?

İyun ayı bitsə də, ayın 21-dən iyulun 5-ə qədər sərt karantin rejimi tətbiq olunmuş Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərləri və əlavə 4 rayonun sakinləri üçün iyun ayında ödənilməsi nəzərdə tutulan 190 manatlıq yardım ödənilməyib.

Xatırladaq ki, mütəxəssislərin hesablamalarına görə, təqribən 300 min nəfəri əhatə edəcək növbəti yardımın bu ayın üçüncü ongünlüyündə veriləcəyi bildirilmişdi.

Ay başa çatsa da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hələ ki, vəsaiti hesablara köçürməyib.

Aztəminatlı ailələrə dəstək xarakteri daşıyan yardım vəsaitinin gecikdirilməsi suallar doğurur və narahatlıq yaradır./azpolitika.info/

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ