Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı - 7 NƏFƏR ÖLÜB

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı - 7 NƏFƏR ÖLÜB


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 556 yeni yoluxma faktı qeydə alınıb, 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Marja-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 17 524 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9 715 nəfər müalicə olunaraq sağalıb, 213 nəfər vəfat edib, 7 596 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 645, ötən müddət ərzində isə ümumilikdə 482 170 test aparılıb.

Xatırladaq ki, 29 iyunda 544 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ