Deputatlar qrantlarla bağlı dəyişikliyi təsdiqlədilər » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Deputatlar qrantlarla bağlı dəyişikliyi təsdiqlədilər

Deputatlar qrantlarla bağlı dəyişikliyi təsdiqlədilər

Müəllif: cavidan
//
30 Haziran 2020
//
//

Deputatlar qrantlarla bağlı dəyişikliyi təsdiqlədilər


Milli Məclisin iclasında “Qrant haqqında” qanunun 4-cü maddəsinə əlavə üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Xeberleragentliyi.com xəbər verir ki, təklif olunan 4.3-cü maddəyə əsasən, QHT-lər qrant müqavilələrinin elektron sistem vasitəsilə qeydə alınması üçün müraciət edə bilərlər.

Bu zamana qədər QHT-lər qrant müqavilələrini Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli qərarı ilə təsdiqlənmiş qaydalara əsasən alırdılar. Qanuna dəyişiklikdən sonra isə QHT-lər həm də müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə qrant müqavilələrini qeydə aldırmaq imkanına malik olacaqlar.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Xəbər Lenti Giriş Populyar Reklam