Sizin reklam burada
Sizin reklam burada

Boks üzrə mütləq dünya çempionu koronavirusa yoluxdu, xəstəxanaya yerləşdirildi

Boks üzrə mütləq dünya çempionu koronavirusa yoluxdu, xəstəxanaya yerləşdirildi

Məşhur boksçu Roberto Duran koronavirusa yoluxduğu üçün xəstəxanaya yerləşdirilib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Bununla belə, onda ağır simptomların olmadığı deyilir.

“Atamın analizlərinin cavabı gəldi və müsbət nəticənin olduğu təsdiqləndi. Ümumi soyuqdəymədən başqa simptomları yoxdur. Reanimasiyada deyil və ağciyərlərin süni ventilyasiyasına qoşulmayıb, ancaq müşahidə altındadır”, - deyə Duranın oğlu bildirib.

O, atasının ağır qəza keçirdiyi və ağciyərində problem olduğu üçün xəstəxanaya yerləşdirildiyini vurğulayıb.

Qeyd edək ki, Duran ağır çəki dərəcəsində ən tanınmış boksçularından biridir. Marvin Haqler və Tommi Herns kimi rəqiblərlə rinqə çıxıb. Hesabında 103 qələbə və 16 məğlubiyyət olan boksçu vaxtilə mütləq dünya çempionu adını qazanıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ