Prezident karantinə alınacaq - Heyəti virusa yoluxdu (YENİLƏNDİ) » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Prezident karantinə alınacaq - Heyəti virusa yoluxdu (YENİLƏNDİ)

Prezident karantinə alınacaq - Heyəti virusa yoluxdu (YENİLƏNDİ)

Müəllif: cavidan
//
24 Haziran 2020
//
//

Prezident karantinə alınacaq - Heyəti virusa yoluxdu (YENİLƏNDİ)

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov karantinə alınacaq.

Xeberleragentliyi.com xəbər verir ki, buna səbəb Rusiyanın paytaxtı Moskvada keçirilən Qələbə paradına səfər çıxan prezidenti müşayiət edən 2 nəfərdə koronavirus aşkarlanmasıdır.

Prezidentin Mətbuat Mərkəzindən verilən məlumata görə, Jeenbekov və heyət üzvləri Rusiyada yola düşməzdən əvvəl COVID-19 testindən keçirilib və cavabları neqativ çıxıb. Pandemiya səbəbilə tətbiq edilən alqoritmə əsasən, Moskvada yenidən testdən keçirilən heyətdə bu dəfə virus aşkarlanıb. Onlardan biri Prezidentin Rəyasət Heyətinin Xarici Siyasət İdarəsinin sədri Daniyar Sadıkov, digəri isə mühafizəçidir.

****

14:14

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov bu gün Moskvada keçirilən hərbi paradda iştirak edə bilməyib.

Publika.az xəbər verir ki, buna səbəb prezidentin nümayəndə heyətində koronavirusun aşkarlanmasıdır.

Rəsmi məlumatda bildirilir ki, hava limanında yoxlama zamanı prezidentin nümayəndə heyətinin iki üzvündə koronavirus aşkarlanıb.

Jeenbekovun Moskvaya gəldiyi, lakin paradda iştirakdan imtina etdiyi deyilir.
Xəbər Lenti Giriş Populyar Reklam