Sabah Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçiriləcək - Gündəlik » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Sabah Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçiriləcək - Gündəlik

Sabah Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçiriləcək - Gündəlik

Müəllif: cavidan
//
18 Haziran 2020
//
//

Sabah Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçiriləcək - Gündəlik
Sabah - iyunun 19-da Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçiriləcək.

"Report" xəbər verir ki, iclasın gündəliyinə 13 məsələnin müzakirəsi daxil edilib.

Bunlar aşağıdakılardır:

1. “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi barədə (üçüncü oxunuş).

2. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi haqqında (üçüncü oxunuş).

3. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi.

4. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi

5. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi.

6. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi haqqında (birinci oxunuş).

7. Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə qanun layihəsi.

8. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi haqqında.

9. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi haqqında.

10. “Dövlət rüsumu haqqında”, “Dövlət qulluğu haqqında”, “Peşə təhsili haqqında”, “Ümumi təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi.

11. “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi.

12. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

13. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun layihəsi (ikinci oxunuş).
Xəbər Lenti Giriş Populyar Reklam