Qatar daşla yüklənmiş “KamAZ”-la toqquşdu » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Qatar daşla yüklənmiş “KamAZ”-la toqquşdu

Qatar daşla yüklənmiş “KamAZ”-la toqquşdu

Müəllif: Anar
//
03 noyabr 2012
//
//

Qatar daşla yüklənmiş “KamAZ”-la toqquşdu
Saatlıda qatar yük maşını ilə toqquşub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün saat 08:30 radələrində Saatlı rayonu ərazisində dəmir yol xəttində yol qəzası baş verib.

İmişli rayon Aranlı kənd sakini, 1981-ci il təvəllüdlü Ceyhun Xudayar oğlu Cəfərovun idarə etdiyi, mişar daşı ilə yüklü “KamAZ” markalı yük avtomobili İmişli rayonu istiqamətində Saatlı-Məzrəli dəmir yol xəttinin 99-cu kilometrliyində qorunmayan keçidi keçərkən qatarla toqquşub.

Nəticədə C. Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Saatlı Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı xətt polisi tərəfindən araşdırma aparılır.
Xəbər Lenti Giriş Populyar Reklam