Karantini pozduğuna görə saxlandı, cinayətləri ortaya çıxdı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Karantini pozduğuna görə saxlandı, cinayətləri ortaya çıxdı

Karantini pozduğuna görə saxlandı, cinayətləri ortaya çıxdı

Müəllif: cavidan
//
15 Haziran 2020
//
//

Karantini pozduğuna görə saxlandı, cinayətləri ortaya çıxdı

İyunun 14-də Abşeron rayon sakini C.İbrahimov idarə etdiyi “Daewoo” markalı avtomobillə xüsusi karantin qaydalarını pozduğuna görə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilib.

Polis əməkdaşları tərəfindən avtomobilin yük yerinə baxış zamanı onun Yasamal rayonu ərazisində evlərdən və avtomobillərdən oğurladığı 2 ədəd kombi, su qızdırıcı, 3 ədəd maqnitofon, monitor, 4 ədəd mobil telefon, mətbəx bıçağı aşkar edilərək götürülüb.
Xəbər Lenti Giriş Populyar Reklam