Tramp boğucu üsuldan imtinanın mümkün olmadığını bildirdi » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Tramp boğucu üsuldan imtinanın mümkün olmadığını bildirdi

Tramp boğucu üsuldan imtinanın mümkün olmadığını bildirdi

Müəllif: cavidan
//
13 Haziran 2020
//
//

Tramp boğucu üsuldan imtinanın mümkün olmadığını bildirdi



ABŞ Prezidenti Donald Tramp afroamerikalı Corc Floydun saxlanılması zamanı polisin tətbiq etdiyi boğucu fəndi qadağan etmək təklifi ilə razılaşsa da, əlavə edib ki, bəzən buna bəraət qazandırmaq olar.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Birləşmiş Ştatlar prezidenti vurğulayıb ki, polislərin həyatı üçün təhlükə yaranarsa, bu cür üsullardan istifadə etmək olar. Dövlət başçısının fikrincə, məhz bu səbəbdən irəli sürülən təklifi qeyd-şərtsiz qəbul etmək doğru deyil.

“Kiminsə boğucu üsulla tutulması mənim xoşuma gəlmir, amma sən təksənsə və kiminləsə dalaşırsansa, çox çətin olur”, - deyə D.Tramp əlavə edib.
Xəbər Lenti Giriş Populyar Reklam