Sizin reklam burada
Sizin reklam burada

Umayra Tağıyevadan hava şəraiti ilə bağlı VACİB XƏBƏRDARLIQ

Umayra Tağıyevadan hava şəraiti ilə bağlı VACİB XƏBƏRDARLIQ


"Baş verən iqlim dəyişmələrinin təzahürlərindən biri də yay aylarında güclü isti günlərin sayının artmasıdır".

Xeberleragentliyi.com  xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

"Sinoptiklərin xəbərdarlığına görə, yaxın 2 gündə iyunun 13-14-də Abşeron yarımadası və Bakı şəhərində havanın temperaturunun 40 dərəcəyədək, aran bölgədə isə 42 dərəcəyədək yüksələcəyi gözlənilir. Belə temperatur şəraiti nəinki meteohəssas insanlar, hətta bütün əhali üçün çox əlverişsizdir. Gündüz saatlarında günvurma və istivurma təhlükəsi bu riski bir qədər də artırır. Lakin müəyyən tədbirlər görməklə güclü istilərin mənfi təsirlərindən qorunmaq mümkündür.

Məsələn, vacib olmadığı halda günəş şüalarının daha aktiv olduğu saat 11-dən 17-dək küçəyə çıxmamaq, əgər küçəyə çıxmaq məcburiyyətindəsinizsə, baş örtüyündən və ya çətirdən istifadə edin. Kölgəli yerlərdə olmağa çalışın, özünüzlə su götürün", - U.Tağıyeva əlavə edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ