Sizin reklam burada
Sizin reklam burada

Kamran Əliyevdən ciddi dəyişiklik - Yeni müavin KİMDİR?

Kamran Əliyevdən ciddi dəyişiklik - Yeni müavin KİMDİR?
Baş Prokuror Kamran Əliyev ciddi struktur və kadr dəyişiklikləri edib.

Publika.az xəbər verir ki, müvafiq əmrlə Baş prokurorun yeni müavini ştatı yaradılıb və bu posta Baş Prokurorluq yanında Korrupsiya qarşı Mübarizə baş İdarəsinin rəis müavini Heydər Məmmədov gətirilib.

Heydər Məmmədovun yerinə isə onun əmisi oğlu Baş Prokurorluğunun Müraciətlərə baxılması idarəsinin rəisi Anar Məmmədov təyin edilib.

Baş Prokurorun digər əmri ilə Müraciətlərə baxılması idarəsinin adı dəyişdirilərək Baş Prokurorluğunun Müraciətlərə baxılması və sənədlər izrə iş idarəsi adlandırılıb. Bu idarəsinin rəisi vəzifəsinə isə qurumun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Eldar Sultanova həvalə olunub.

Bundan əlavə Baş prokuror iki prokuror təyin edib. Sumqayıt Şəhər Prokuroru Sərdar İmanov vəzifəsindən azad olunaraq, Xətai rayon prokuroru təyin edilib.

Sumqayıta isə baş Prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi Müqəddəs Sultanov göndərilib. / BakuPost

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ