Kiyevdə 20 yanvar şəhidləri anılıb » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Kiyevdə 20 yanvar şəhidləri anılıb

Kiyevdə 20 yanvar şəhidləri anılıb

Müəllif: Kürsüm
//
20 yanvar 2013
//
//

Kiyevdə 20 yanvar şəhidləri anılıb

Ukrayna Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Kiyev şəhərində 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.


Ukrayna Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, Ukraynada yaşayan bir sıra xalqların diaspora təşkilatları rəhbərlərinin və media nümayəndələrinin qatıldığı mərasimdə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətli çıxış edərək 23 il bundan öncə canlarını Azərbaycanın müstəqilliyi yolunda fəda etmiş oğul və qızların qəhrəmanlıq şücaətindən danışıb. 20 yanvar faciəsini totalitar sovet rejiminin Azərbaycan xalqına qarşı həyata keçirtdiyi bəşəri cinayət adlandıran səfir bu tarixi həmçinin xalqın şərəf və şan salnaməsi adlandırıb. Tədbirdə sovet ordusunun 1990-cı ilin 20 yanvar gecəsində Azərbaycanda törətdiyi tarixi cinayətləri özündə əks etdirən sənədli film nümayiş edilib.

Tədbirdə Ukrayna Azərbaycanlıları Konqresinin rəhbəri Rövşən Tağıyev, diaspora fəalları Vilayət Quliyev, Əbülfəz Qasımov, Azərbaycan diasporunun Ağsaqqallar şurasının sədri Firudin Məmmədov, Bakı Slavyan Universitetinin Kiyev linqvistik İnstitutunun nəzdində olan Azərbaycan dili və Mədəniyyəti mərkəzinin rəhbəri, professor Rafiq Novruzov, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov və digər çıxış edənlər qanlı 20 yanvar faciəsinin əsl günahkarı olan Mixail Qarbaçovun beynəlxalq məhkəmə qarşısında cavab verməsinin vacibliyini vurğulayıblar.

Tədbirdə çıxış edən Ukrayna Yəhudilər Forumunun prezidenti Arkadi Manastrski və digər ictimai təşkilatların rəhbərləri aradan 23 il ötməsinə baxmayaraq 20 yanvar faciəsini törədənlərin hələdə cinayət məsuliyyətinə cəlb edilməməsini tarixi ədalətsizlik kimi dəyərləndiriblər. Azərbaycanın dövlət müstəqilliyi uğrunda canlarından keçən qəhrəman oğul və qızlarımızın xatirəsinin heç zaman unudulmayacağını, bu faciəli tarixin gələcək nəsillərə əsl örnək olacağını vurğulayıblar.
Xəbər Lenti Giriş Populyar Reklam