Deputatlardan Sahibə Qafarovaya TƏŞƏKKÜR » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Deputatlardan Sahibə Qafarovaya TƏŞƏKKÜR

Deputatlardan Sahibə Qafarovaya TƏŞƏKKÜR

Müəllif: cavidan
//
02 Haziran 2020
//
//

Deputatlardan Sahibə Qafarovaya TƏŞƏKKÜR

Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ikinci iclasında müxalifət partiyalarını təmsil edən deputatlar parlamentin spikeri Sahibə Qafarovanın fəaliyyətindən razılıqlarını dilə gəririblər.

Modern.az xəbər verir ki, Böyük Quruluş Partiyasının başqanı, parlamentin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa Sahibə Qafarovaya Milli Məclisdəki yeniliklərə görə təşəkkürünü bildirib:

“Biz müxalifəti təmsil ediriksə, əsasən müxalif fikirlər səsləndirməliyik. Bununla belə, təqdir olunası işləri də qeyd etməliyik. Əvvəllər parlamentdə komitə sədrlərinin inhisarçılığı hiss olunurdu. İndi isə adi komitə üzvü də qanun layihələrini təqdim edir. Bu, çox müsbət haldır”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev də Fazil Mustafanın fikirlərini dəstəklədiyini bildirib. O, həmçinin təklif edib ki, Milli Məclisin öz televiziya kanalı olsun və iclaslar canlı yaymılansın:

“Bu, belə davam edəcəksə, insanlar onların problemlərinin danışıldığı başqa auditoriya axtarmayacaqlar. Görəcəklər ki, onların problemlərindən özlərinin seçdikləri millət vəkilləri danışırlar və həmin problemlər onların seçdiyi millət vəkillərini də narahat edir. Məsələn, bugünkü iclası götürək. Burada kifayət qədər problemdən danışıldı. Görülmüş işlər barədə minnətdarlıq hissi ilə nələrsə qeyd olundu. Milli Məclisin iclasları televiziya ilə yayımlanmalıdır ki, seçicilər görsünlər".
Xəbər Lenti Giriş Populyar Reklam