Balakənə xınayaxdıya gələn Çakır ailəsi geri döndü » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Balakənə xınayaxdıya gələn Çakır ailəsi geri döndü

Balakənə xınayaxdıya gələn Çakır ailəsi geri döndü

Müəllif: cavidan
//
30 May 2020
//
//

Balakənə xınayaxdıya gələn Çakır ailəsi geri döndü


Türkiyədən xına mərasimi üçün Azərbaycana gələn Çakır ailəsi Rizə şəhərinə dönüb.

Axar.az xəbər verir ki, koronavirus səbəbindən iki ay burada qalan türklər təyyarə ilə Malatyaya təxliyə ediliblər. Onlar 14 gün karantində qaldıqdan sonra yaxınlarına qovuşublar.

Türkiyə mediası yazıb ki, 27 yaşlı Rəsul Çakır 21 yaşlı Gülyana Yekayeva ilə nişanlıdır. Martın 12-də cütlük üçün Balakəndə xına mərasimi təşkil edilib. Mərasimdə bəy - Rəsul Çakır ilə yanaşı, anası Gülhan, atası Həsən, qohumları Mustafa Çakır da iştirak ediblər.

Mərasimdən sonra ailə geri qayıtmaq istəyib. Lakin sərhədlər bağlandığı üçün ölkəni tərk edə bilməyiblər. Onlar bir müddət yeni qohumlarının evlərində qalıblar. Martın 25-də Rizədə keçirilməsi planlaşdırılan toyu da təxirə salan ailə 2 ay Azərbaycanda kirayə yaşayıb.
Xəbər Lenti Giriş Populyar Reklam