“Şahdağ” istifadəyə verildi » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » “Şahdağ” istifadəyə verildi

“Şahdağ” istifadəyə verildi

Müəllif: Kürsüm
//
19 Ocak 2013
//
//

OXUNUB:264
“Şahdağ” istifadəyə verildi

Bu gün Azərbaycanın Qusar rayonunda yerləşən «Şahdağ» Qış-Yay Turizm Kompleksi turistlərin istifadəsinə verilib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, kompleksdə ticarət mərkəzləri, restoran, kafe, oyun zalı, atçılıq, xizəksürmə, kanat yolu və digər xidmətlər turistlərin ixtiyarına verilib. İlkin mərhələdə kompleksdə 80 turistin gecələməsi üçün şərait yaradılıb. Xizək zolaqlarından istifadə böyüklər üçün 1 günlük 20 manat, yarım günlük 10 manat, uşaqlar üçün 1 günlük 15 manat, yarım günlük 8 manatdır. Oteldə gecələmək isə 70-100 manat arasında dəyişir.

Qeyd edək ki, «Şahdağ» Qış-Yay Turizm Kompleksinin inşasına 2006-cı ildə başlanılıb. Kompleksin tikintisinə nəzarəti həyata keçirmək üçün Mədəniyyət və Turizm Nazirliyinin tərkibində müvafiq müdiriyyət yaradılıb. İnşaat işlərində dünyanın aparıcı şirkətləri iştirak edib. Kompleksin tikintisinə 2009-cu ilin sentyabrında başlanılıb. Kompleks rayon mərkəzindən 32 km məsafədə yerləşir, ümumi ərazisi 2 058 hektardır və ekoloji sistemi, təmiz flora və faunası ilə məşhur olan Şahdağ Milli Parkının ərazisində yerləşir. Kompleks dəniz səviyyəsindən 1 300-2 351 metr hündürlükdədir. Turizm kompleksinin əsas hissəsi isə dəniz səviyyəsindən 1 640 metr hündürlükdəki təbii yaylaqda yerləşir.

Turizm kompleksini xarici kommunikasiya ilə təmin etmək üçün bir sıra obyektlərin inşası nəzərdə tutulub. Bura 35 km-lik kanalizasiya sistemi, təmizləyici qurğusu olan içməli su kəməri, 29 km-lik fiber-lifli rabitə xətti, 31 km uzunluğunda 110 kV-luq elektrik xətti, 35,7 km-lik orta təzyiqli qaz kəməri daxildir. İkinci mərhələdə isə 10-14 nömrəli kanat yolları, qolf meydançası və restoranı olan klubun, 4-ulduzlu mehmanxana, heyət üçün bina, xırda mehmanxanalar, pansionat və idman qurğularının daxil olduğu «Şahdağ» Gənclər Mərkəzi, 900 nömrəlik relaks mehmanxana şəbəkəsi, at ferması, 200 nəfərlik diskoteka binasının tikintisi nəzərdə tutulub. Üçüncü və dördüncü mərhələdə yol, istirahət və əyləncə yerləri şəbəkələrinin genişləndirməsi planlaşdırılır.
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam