30 saylı avtobusda cibgirlik edənlər tutulub » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » 30 saylı avtobusda cibgirlik edənlər tutulub

30 saylı avtobusda cibgirlik edənlər tutulub

Müəllif: Kürsüm
//
19 yanvar 2013
//
//

30 saylı avtobusda cibgirlik edənlər tutulub

Bakıda cibgirliklə məşğul olan 2 nəfər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən xeberleragetliyi.com-un verilən məlumata görə, 30 saylı avtobusda, Bakı şəhər sakini Adil Bayramovun cibindən 38 manat oğurlamağa cəhd edən şəxslər müəyyən edilib. Bəlli olub ki, bunlar Goranboy rayon sakini Tural Həsənov və Bakı şəhər sakini Emin Həsənovdur. Hər iki şəxs Nizami RPİ CAŞ və 24-cü PB-nin əməkdaşları tərəfindən yaxalanıb.

Araşdırma zamanı müəyyən edilib ki, onlar yanvarın 15-də 30 saylı xətt avtobusunda Sabirabad rayon sakini Natiq Əmənovun cibindən də 155 manat oğurlayıblar.

Araşdırmalar davam etdirilir.
Xəbər Lenti Giriş Populyar Reklam
Cəbhədən yeni xəbər Bu gün, 10:03Cəbhədən yeni xəbər