Azərbaycanda qoşunlar start mövqelərinə çıxarıldı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycanda qoşunlar start mövqelərinə çıxarıldı

Azərbaycanda qoşunlar start mövqelərinə çıxarıldı

Müəllif: cavidan
//
20 May 2020
//
//

Azərbaycanda qoşunlar start mövqelərinə çıxarıldı


Müdafiə naziri general-polkovnik Zakir Həsənov genişmiqyaslı əməliyyat-taktiki təlimlərində qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin qəbul edilən qərarlara dair məruzələrini dinləyib. Nazir təlimdə iştirak edən qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verib.

Müdafiə Nazirliyindən Anews.az-a verilən məlumata görə, genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə cəlb edilən qüvvə və vasitələrin ərazilərdə yerləşməsi başa çatıb. İdarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarında açılması, eləcə də raket və zenit artilleriya komplekslərinin ehtiyat atəş və start mövqelərini tutması başa çatdırılıb.
Xəbər Lenti Giriş Populyar Reklam