“Polis maşınları əzilib, bir neçə polis ciddi xəsarət alıb” » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » “Polis maşınları əzilib, bir neçə polis ciddi xəsarət alıb”

“Polis maşınları əzilib, bir neçə polis ciddi xəsarət alıb”

Müəllif: Anar
//
19 yanvar 2013
//
//

“Polis maşınları əzilib, bir neçə polis ciddi xəsarət alıb”

Bu gün Binə Ticarət Mərkəzində ticarət məşğul olan sahibkarların keçirdiyi etiraz aksiyasında polis əməkdaşları arasında da xəsarət alanlar olub. Bu barədə xeberleragentliyi.com-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Səhlab Bağırov məlumat verib. Onun sözlərinə görə, aksiya iştirakçıları polisin qanuni tələbinə məhəl qoymadan müqavimət göstəriblər: “Nəticədə polis əməkdaşlarına məxsus avtomobillər əzilib, bir neçə polis əməkdaşı ciddi xəsarət alıb”.

S. Bağırov, həmçinin qeyd edib ki, qanunsuz aksiya iştirakçıları arasında saxlanılanlar olub: “Aksiyada iştirak edən şəxslər arasında saxlanılanlar var. Onların dəqiq sayını deyə bilmərəm. Lakin onu deyə bilərəm ki, hadisəyə mütləq hüquqi qiymət veriləcək, qanunu pozan şəxslər cinayət məsuliyyətinə cəlb ediləcəklər”.

S. Bağırov aksiyanın dağıdılmasında rezin güllələrdən istifadə edilməsi barədə yayılan məlumatları təkzib edib.

Qeyd edək ki, bu gün Binə Ticarət Mərkəzində ticarətlə məşğul olan sahibkarlar ticarət mərkəzinin rəhbərliyi tərəfindən əlavə ödənişlərin tətbiqinə etiraz olaraq aksiya keçiriblər. Aksiya polis tərəfindən dağıdılıb.
Xəbər Lenti Giriş Populyar Reklam