“Hər 7 nəfərdən biri aclıqdan əziyyət çəkir” » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » “Hər 7 nəfərdən biri aclıqdan əziyyət çəkir”

“Hər 7 nəfərdən biri aclıqdan əziyyət çəkir”

Müəllif: Anar
//
02 noyabr 2012
//
//

“Hər 7 nəfərdən biri aclıqdan əziyyət çəkir”
APA-nın xəbərinə görə, bunu “Dialoq Avrasiya Platformu”nun Azərbaycan üzrə koordinatoru Mustafa Saatçı deyib.

O bildirib ki, 1 milyard insan dünyanın qlobal problemi olan aclıq, 2 milyard insan yoxsulluq, 1,5 milyard insan isə xəstəliklərlə mübarizə aparır: “Əgər dünyanın 7 milyard əhalisinin hər 7 nəfərindən biri acdırsa, digər 6 milyard insan rahat yaşaya bilməz. Odur ki, yaxşı yaşayan hər 6 nəfər yoxsulluqdan əziyyət çəkən 1 nəfərə kömək etməldir”.

M.Saatçı əlavə edib ki, Azərbaycanda vəziyyət tamamilə fərqlidir. Belə ki, Azərbaycanda iqtisadiyyat günü-gündən inkişaf edir: “Ancaq bu problemin Azərbaycana yayılmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək lazımdır”.
Xəbər Lenti Giriş Populyar Reklam