Azərbaycanda saxta jurnalist arayışı satan dünya çempionundan xəbər var » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycanda saxta jurnalist arayışı satan dünya çempionundan xəbər var

Azərbaycanda saxta jurnalist arayışı satan dünya çempionundan xəbər var

Müəllif: cavidan
//
16 May 2020
//
//

Azərbaycanda saxta jurnalist arayışı satan dünya çempionundan xəbər var


2001-ci ildə boks üzrə yeniyetmələr arasında dünya çempionu olmuş Aslan Bayramovun həbs edildiyini ötən ay bildirmişdik.

Özünü “Sağlam Həyat Naminə” beynəlxalq elmi-tibbi jurnalın əməkdaşı kimi təqdim edən Aslan Bayramov karantin vaxtı pulla saxta icazə kağızı paylayarkən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə cinayət işinə başlanılıb.

Bəs onun hazırkı durumu necədir?

Oxu.Az-ın məlumatına görə, onun tutulmasından bir aydan çox vaxt keçsə də, hazırda Kürdəxanıda (Zabrat-2) yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasındadır.

Onun məhkəməsi isə hələ baş tutmayıb.

Bu barədə Azərbaycan Peşəkar Boks Federasiyasının I vitse-prezidenti Fərhad Acalov saytımıza açıqlama verib:

“Aslan Bayramov hələ də həbsdədir. Onun barəsində həbs-qətimkan tədbiri seçilib. Aslanın məhkəmə məsələsi karantinə görə qalıb. Karantindən sonra onun məhkəməsi olacaq və bundan sonra onun barəsində çıxarılan hökm bizə bəlli olacaq”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargah dünən Bakı ərazisində fəaliyyət göstərən bütün məhkəmələr üzrə mayın 18-i, saat 00:00-dan etibarən işlərin qəbulu və baxılmasının tam şəkildə bərpasına qərar verib.
Xəbər Lenti Giriş Populyar Reklam