Sizin reklam burada
Sizin reklam burada

Deputatdan növbəti humanitar aksiya

Deputatdan növbəti humanitar aksiya
Xəbər verdiyimiz kimi millət vəkili Novruz Aslanov xüsusi rejimli karantin dövründə öz seçicilıri ilə telefon vasitəsilə əlaqə saxlayır. Nəzərə alsaq ki, İsmayıllı rayonunda internetdən istifadə edə bilməyən və ya belə bir imkanı olmayan sakinlər vardır, bu baxımdan telefon vasitəsilə əlaqə qurmaq ən optimal variant kimi seçilmişdir. Hər həftənin dördüncü günü Novruz Aslanovun sakinlərə elan edilən telefon nömrəsinə onlarla zəng gəlir və seçicilər bir başa deputatın özü ilə əlaqə qurur. Bu yolla qeydə alınan müraciətlərə əsasən millət vəkili mövcud problemlərin həlli istiqamətində müvafiq addımlar atır.

May ayının 15-də Novruz Aslanov növbəti dəfə İsmayıllı rayonuna səfər edib. Ona ərzaq yardımı ilə bağlı müraciət edən sakinlərin qapısında, onlara zəruri qida məhsulları ilə yardımlar edib. Belə yardımların daim edilməsinə baxmayaraq, xüsusi karantin rejimində əsas resurslar bu istiqamətə yönəldilmiş və daha çox ailəni əhatə etmişdir. Deputat bir neçə saat ərzində təxminən 8-10 ailəyə özü yardım paylayır, lakin həftə ərzində belə yardımlar deputatın köməkçisi və AzQAC-ın İsmayıllı rayon bölməsinin əməkdaşları tərəfindən paylanılır.

Novruz Aslanov olduğu ailələrdə karantin rejiminin yumşaldılmasına baxmayaraq, tətbiq olunan mədudiyyətlərə və qərarlara riayət etmələrini onlara tövsiyə edir.
Deputatdan növbəti humanitar aksiya
Deputatdan növbəti humanitar aksiya
Deputatdan növbəti humanitar aksiya
Deputatdan növbəti humanitar aksiya

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ