Əri ilə dalaşan qadın özünü öldürdü » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Əri ilə dalaşan qadın özünü öldürdü

Əri ilə dalaşan qadın özünü öldürdü

Müəllif: Anar
//
19 Ocak 2013
//
//

Yanvarın 18-də Şamaxı rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Göylər kənd sakini, 1976-cı il təvəllüdlü Qurbanova Şövqiyə Malik qızı siçan dərmanı adlandırılan arsen turşusu içərək özünü zəhərləyib. Qadın ağır vəziyyətdə Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və orada dünyasını dəyişib.

Əri ilə dalaşan qadın özünü öldürdü

Xeberleragentliyi.com-un əməkdaşı Sərqanə Nəbiqızının əldə etdiyi digər məlumata görə, 37 yaşlı qadın həyat yoldaşı Qurbanov Cəlal Xanbala oğlu ilə dalaşdıqdan sonra intihar qərarına gəlib. Məlumata görə, Ş.Qurbanova ilə həyat yoldaşı arasında yaranmış münaqişədən sonra ailə başçısı evdən gedib. C.Qurbanov baş götürərək kəndi tərk edib. Qadın isə baş verənlərə dözməyərək intihar etmək qərarına gəlib. Onların 3 uşağı qalıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam