Sizin reklam burada
Sizin reklam burada

Tramp: “Türkiyə F-35 hissələrini verməsə nə edəcəyik?”

Tramp: “Türkiyə F-35 hissələrini verməsə nə edəcəyik?”

ABŞ Prezidenti Donald Tramp ölkəsinin tədarük zəncirinin xaricdən asılı olmasından danışıb.

Bu barədə “Fox Business” məlumat yayıb.


D.Tramp “dünyanın ən yaxşı döyüş təyyarəsi” adlandırdığı F-35-lərin detallarının Türkiyə və digər ölkələrdə istehsal edildiyini vurğulayıb:

“F-35-lərin əsas gövdəsi Türkiyədə istehsal edilir və oradan göndərilir. İndi Ərdoğanla yaxşı münasibətimiz var, ancaq olmasaydı, necə olacaqdı? “Sizə F-35 hissələrini vermirik” desələr, nə edəcəyik?”

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ