Azərbaycanla Türkiyə arasında Qəbələdə imzalanmış sənədlər təsdiqləndi » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » Azərbaycanla Türkiyə arasında Qəbələdə imzalanmış sənədlər təsdiqləndi

Azərbaycanla Türkiyə arasında Qəbələdə imzalanmış sənədlər təsdiqləndi

Müəllif: Anar
//
02 Kasım 2012
//
//

OXUNUB:274
Azərbaycanla Türkiyə arasında Qəbələdə imzalanmış sənədlər təsdiqləndi
Prezident İlham Əliyev Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında 2012-ci il sentyabrın 11-də Qəbələ şəhərində imzalanmış sənədlərin təsdiq edilməsi haqqında Fərman imzalayıb.

APA-nın məlumatına görə, Fərmana əsasən, Azərbaycan və Türkiyə arasında texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və metrologiya sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, iki ölkənin xarici siyasət idarələri arasında diplomatların mübadiləsi haqqında Anlaşma Memorandumu, Nəqliyyat Nazirliyi və Türkiyə Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyi arasında beynəlxalq kombinə edilmiş yük daşımalarının inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu, həmçinin “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC və Türkiyə Radio Televiziya Qurumu arasında Əməkdaşlıq Protokolu təsdiqlənib. Fərmanda Nazirlər Kabinetinə qeyd olunan sənədlərin müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görmək, Xarici İşlər Nazirliyinə həmin sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili proseduraların yerinə yetirildiyi barədə Türkiyə hökumətini xəbərdar etmək tapşırılıb.
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam