Karantin rejiminin sərtləşdirilməsi ilə bağlı rəsmi AÇIQLAMA » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Karantin rejiminin sərtləşdirilməsi ilə bağlı rəsmi AÇIQLAMA

Karantin rejiminin sərtləşdirilməsi ilə bağlı rəsmi AÇIQLAMA

Müəllif: cavidan
//
06 May 2020
//
//

Karantin rejiminin sərtləşdirilməsi ilə bağlı rəsmi AÇIQLAMA


Bu gün baş tutan Operativ qərargahın brifinqində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev karantin rejiminin yumşaldılmasından sonra yoluxmanın artmasını təsdiq edərək, karantinin yenidən sərtləşdirilməsi şərtlərindən danışıb.

Yenisabah.az xəbər verir ki, sədr hər şeyin vətəndaşlardan aslı olduğunu bildirib: “Bu bizdən asılıdır. Söhbət müxtəlif cərimələrdən, sərt tədbirlərdən də getmir. Burda vətəndaş məsuliyyəti lazımdır. Sərtləşmə məqsədli olmamalıdır.

Amma biz görsək ki, yoluxma çoxalır, xəstələrimiz artır, ayrılmış xəstəxanalarda yerlərimiz yoxdur, səhiyyə öhdəsindən gələ bilmir, o zaman sərtləşdirilmə ilə bağlı dövlətə, Nazirlər Kabinetinə təkliflər verəcəyik”
Xəbər Lenti Giriş Populyar Reklam