Şamaxıda yol çəkilişinə 6 milyon manat ayrıldı » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Şamaxıda yol çəkilişinə 6 milyon manat ayrıldı

Şamaxıda yol çəkilişinə 6 milyon manat ayrıldı

Müəllif: Kürsüm
//
18 yanvar 2013
//
//

Şamaxıda yol çəkilişinə 6 milyon manat ayrıldı

Azərbaycan prezidenti İlham Əliyev Şamaxı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. xeberleragetliyi.com-un AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncama əsasən, on bir min nəfər əhalinin yaşadığı 22 yaşayış məntəqəsini birləşdirən Şamaxı-Avaxıl avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası prezidentinin ehtiyat fondundan Şamaxı Rayon İcra Hakimiyyətinə 6 milyon manat ayrılıb.

Sərəncamda Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Xəbər Lenti Giriş Populyar Reklam