Sizin reklam burada
Sizin reklam burada

Kredit və cəriməsi olanların NƏZƏRİNƏ

Kredit və cəriməsi olanların NƏZƏRİNƏ


Prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanına əsasən "Elektron icra" informasiya sisteminin tətbiqinin genişləndirilməsi üzrə görülən kompleks tədbirlər çərçivəsində icra xidməti üzrə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar borcun və icra hərəkətləri ilə bağlı xərclərin ödənişləri "ASAN ödəniş" sisteminə uğurla inteqrasiya olunub.

Pravda.az-ın xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyinin onlayn mətbuat konfransında bildirilib.

Ədliyyə Nazirliyi tərəfindən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlıqda tətbiq olunan bu yenilik vasitəsilə məhkəmə qərarları üzrə borclu şəxslər borclarını, o cümlədən aliment, kredit, cərimə və digər ödənişləri "ASAN ödəniş” və "Elektron hökumət" portalları, eləcə də müxtəlif mobil tətbiqlər vasitəsilə nağdsız şəkildə həyata keçirə biləcəklər.

Qeyd edilib ki, hər hansı səbəbdən nağdsız ödəniş etmək imkanı olmayan vətəndaşlar üçün respublikanın bütün bölgələrini əhatə edən "E-Manat", "Milli Ön" və "ASAN ödəniş" terminalları vasitəsilə yaşayış yerindən uzaqlaşmadan borc və icra ödənişlərinin nağd şəkildə də həyata keçirilməsi üçün şərait yaradılıb: "Bundan əlavə, borca görə ölkədən getmək hüququna məhdudiyyət qoyulmuş şəxslər nağdsız qaydada və ya terminallar vasitəsilə icra üzrə borcunu ödədiyi təqdirdə həmin məhdudiyyət avtomatik aradan qaldırılır və müvafiq məlumat real vaxt rejimində Dövlət Sərhəd Xidmətinə ötürülür. Ədliyyə Nazirliyi tərəfindən məhkəmə və digər orqanların qərarlarının icrasının səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər davam etdirilir”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ