Daşkəsəndə çovğuna düşmüş 25 nəfər xilas edilib » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Daşkəsəndə çovğuna düşmüş 25 nəfər xilas edilib

Daşkəsəndə çovğuna düşmüş 25 nəfər xilas edilib

Müəllif: Kürsüm
//
18 Ocak 2013
//
//

Daşkəsəndə çovğuna düşmüş 25 nəfər xilas edilib

Azərbaycanda qar çovğununa düşən sərnişin avtobusu və minik avtomobili xilas edilib. xeberleragetliyi.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Daşkəsən rayonunda qar çovğunu nəticəsində “QAZ” markalı sərnişin avtobusu və “Niva” markalı minik avtomobilinin Dəstəfur-Əhmədli yolunda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə həmin avtomobilləri təhlükəsiz əraziyə çıxarıb, avtobusda olan 20 nəfəri və avtomobildə olan 5 nəfəri xilas ediblər.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam