Güclü yağışlar rayonlarda problem yaradıb » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Güclü yağışlar rayonlarda problem yaradıb

Güclü yağışlar rayonlarda problem yaradıb

Müəllif: Anar
//
02 noyabr 2012
//
//

Güclü yağışlar rayonlarda problem yaradıb
Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Respublikanın bəzi şəhər və rayonlarında intensiv yağışlar yağıb. Nəticədə, Şirvan şəhəri, Hacıqabul, Kürdəmir və Zərdab rayonlarında bəzi ərazilərin yağış suları ilə dolması müşahidə olunub. Yağış sularından əmələ gələn su kütləsinin Hacıqabul rayonunun Muğanlı qəsəbəsinə daxil olması nəticəsində, təxminən, 40 fərdi evin həyətyanı sahəsi su ilə dolub. Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası rayon icra hakimiyyətinin qüvvələri ilə birgə hadisə rayonlarında yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlər görür.
ELMAN ISMIXAN OGLU 3 noyabr 2012 09:22
Dunen yagan yagis Bineqedi rayonu Sulutepe qesebesinin kucelerini ve heyetyani saheleri, evlerin zirzemileri qurum sulari ile dolmusdur ve buna sebeb kanalizisiya borularinin kicik diametirde olmasi gosterilir.Kecirdiyimiz sorgu neticesinde ehali kanalizasiya borularinin yenisi ile deyitirilmesini isteyirler.

Xəbər Lenti Giriş Populyar Reklam