Türkiyədə koronavirusa yoluxanların sayı 100 mini ötdü » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Türkiyədə koronavirusa yoluxanların sayı 100 mini ötdü

Türkiyədə koronavirusa yoluxanların sayı 100 mini ötdü

Müəllif: cavidan
//
23 Nisan 2020
//
//

Türkiyədə koronavirusa yoluxanların sayı 100 mini ötdü
"Türkiyədə son sutkada daha 115 nəfər pandemiyanın qurbanı olub”.

“Report”un məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 2 491 nəfərə çatıb.

Nazir həmçinin daha 3 116 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 101 790-a yüksəldiyini bildirib.

F.Koca Türkiyədə indiyədək 18 491 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 692 000-i ötüb. Bunların 738 419 nəfəri sağalıb, 188 058 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbər Lenti Giriş Populyar Reklam