İmişlidə yol tikintisinə 2 milyon manat ayrıldı » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » İmişlidə yol tikintisinə 2 milyon manat ayrıldı

İmişlidə yol tikintisinə 2 milyon manat ayrıldı

Müəllif: Anar
//
02 noyabr 2012
//
//

İmişlidə yol tikintisinə 2 milyon manat ayrıldı
Azərbaycan prezidenti İlham Əliyev İmişli rayonunun yol tikintisinin inkişafı üçün əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

AzərTac-ın verdiyi məlumata görə, sərəncama əsasən, İmişli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə İmişli Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılıb.

Sərəncamla Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Xəbər Lenti Giriş Populyar Reklam