BANM-in tələbələri istehsalatı öyrənməyə peşə təlimindən başlayacaqlar » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » BANM-in tələbələri istehsalatı öyrənməyə peşə təlimindən başlayacaqlar

BANM-in tələbələri istehsalatı öyrənməyə peşə təlimindən başlayacaqlar

Müəllif: Kürsüm
//
18 yanvar 2013
//
//

BANM-in tələbələri istehsalatı öyrənməyə peşə təlimindən başlayacaqlar

Bakı Ali Neft Məktəbində (BANM) “Neft-qaz” və “Kimya” mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələr tərəfindən nəzəri biliklərin möhkəmləndirilməsi üçün məqsədyönlü və məzmunlu istehsalat təcrübəsi proqramının həyata keçirilməsinə başlanılıb. İlk mərhələdə 1-ci kurs tələbələri üçün peşə təlimi təcrübəsi təşkil olunacaq. Bu barədə xeberleragetliyi.com-a BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bu məqsədlə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov “Əməkdaşlıq” haqqında müqavilə imzalayıblar.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi müxtəlif sahələrdə fəaliyyət göstərən işçilərə peşələrin özəlliklərini öyrətmək məqsədi ilə təlimlər keçir. İdarənin fəaliyyətinə görə Beynəlxalq Standartlaşdırma Təşkilatının İSO-9001, İSO-14001, İSO-17024, İSO-170025, və Ts- 18001 sertifikatına layiq görülmüşdür. Tələbələrin İdarənin struktur qurumlarında peşə təlimi keçməsi gələcək mühəndisləri müxtəlif peşələrin özəlliklərini mənimsəməyə və onların istehsalat təşkilatçıları kimi fəaliyyətinə zəmin yaradacaq.
Xəbər Lenti Giriş Populyar Reklam