Sizin reklam burada
Sizin reklam burada

“Neft müharibəsi”: Qalib kim oldu? - GƏLİŞMƏ

“Neft müharibəsi”: Qalib kim oldu? - GƏLİŞMƏ


Çin Rusiya və Səudiyyə Ərəbistanı arasında “neft müharibəsi”nin yeni qalibi hesab olunur.

“Reuters" Agentliyi bu ölkənin müharibənin qalibi olduğunu yazıb. Agentliyin yazdığına görə, bu ölkə ilin birinci rübündə ehtiyat üçün xam neft alışını artırıb. Rəqəmlər göstərir ki, ilin birinci rübündə Çin xam neft alışını iki dəfə çoxaldıb. İki ölkə arasında "neft müharibəsi" bazarda qiymətin kəskin azalmasına səbəb olub. Tələbin azalması fonunda istehsalın dəyişməz qalması qiymətlərə təsirsiz ötüşməyib. Bu fürsətdən istifadə edən Çin yanvar ayında sutkada 10,2 milyon barel neft idxal edib. Özü isə 3,8 milyon neft çıxarıb. İstehlak sutkada 10 milyon barel olub ki, qalan 2 milyon barel ehtiyat üçün saxlanılıb. Bu baxımdan da hesab olunur ki, neft ehtiyatları hansı ölkənin əlindədirsə, onun postkoronavirus dövründə daha çox güclənəcəyi realdır.

Mövcud durum Çinin dünyanın supergücünə çeviriləcəyini şərtləndirə bilərmi?

Politoloq Elxan Şahinoğlu hesab edir ki, “neft müharibəsi”nin qalibi yoxdur.

O Cebhe.info-ya açıqlamasında bildirib ki, burada bütün ölkələr məğlub duruma düşüb:

“Doğrudur, neft ucuzlaşıb və nefti olmayan ölkələr benzini daha ucuz qiymətə ala bilir. Amma koronavirus epidemiyasına görə, təyyarələr uçmur, maşınlara təlabat azalıb. Bu baxımdan da Çinin bu durumdan uduşlu çıxmasını iddia etmək çətindir. Koronavirusdan sonrakı dövrdə Çinin güclənəcəyi ilə bağlı fikirlərlə də razı deyiləm. Əksinə bütün dünya hazırda Çini günahkar hesab edir. Həqiqətən koronavirus yayılmağa başlayan zaman məlumatlar doğru deyilsə idi, bəlkə də bu virusun qarşısını daha uğurla almaq mümkün olardı və indiki kimi fəlakətlər yaşanmazdı. ABŞ, Almaniya və digər dövlətlər Çinə qarşı iddialar qaldırır”.

Politoloq deyir ki, digər tərəfdən Çinin güclənməsi ucuz işçi qüvvəsinin hesabına idi:

“Bir çox ölkələr öz müəssisələrini Çinə köçürərək, ucuz işçi qüvvəsindən yararlanırdı. Amma postkoronavirus dövründə böyük dövlətlər həmin şirkətlərini Çindən çıxaracaqlar ki, bu da ölkəyə zərər vuracaq. Koronavirusdan sonra Çin özü 60-80 milyard dollar arasında zərərlə üzləşib. Doğrudur, bu zərərin qarşısını ala bilər, amma məsələ orasındadır ki, artıq Çinə baxış dəyişib. Ona görə də postkoronavirus dövründə Çinin güclənəcəyini demək olmaz. Çin güclənməyə çalışacaq, amma bir çox dövlətlər Çinlə ticarətə bundan sonra ehtiyatlı yanaşacaq”.




  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ