Azərbaycanda 44 nəfər koronavirusa yoluxdu, 74 nəfər sağaldı - Ölən var » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycanda 44 nəfər koronavirusa yoluxdu, 74 nəfər sağaldı - Ölən var

Azərbaycanda 44 nəfər koronavirusa yoluxdu, 74 nəfər sağaldı - Ölən var

Müəllif: cavidan
//
21 Nisan 2020
//
//

Azərbaycanda 44 nəfər koronavirusa yoluxdu, 74 nəfər sağaldı - Ölən var




Azərbaycan Respublikasında 44 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 74 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, şəkərli diabet, hipotireoz və xronik böyrək xəstəliyi olan 1963-cü il təvəllüdlü vətəndaş vəfat edib:

"Hazırkı dövrədək ölkəmizdə 1480 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 865 nəfər müalicə olunaraq sağalmış, 20 nəfər vəfat etmiş, 595 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 20 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 102.764 test aparılmışdır".

Xəbər Lenti Giriş Populyar Reklam