Bakı metrosunda iş dayanmayıb – RƏSMİ AÇIQLAMA » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakı metrosunda iş dayanmayıb – RƏSMİ AÇIQLAMA

Bakı metrosunda iş dayanmayıb – RƏSMİ AÇIQLAMA

Müəllif: cavidan
//
21 Nisan 2020
//
//

Bakı metrosunda iş dayanmayıb – RƏSMİ AÇIQLAMA


Dünyanı təhdid edən koronavirus pandemiyasına görə, Azərbaycanda görülən tədbirlər çərçivəsində metronun da fəaliyyəti aprelin 1-dən tam dayandırılıb. Artıq bir aya yaxındır ki, Bakı Metropoliteni sərnişinlərə xidmət edə bilmir. Bəs görəsən, metronun fəaliyyət göstərmədiyi bu vaxt ərzində metropoliten hansısa işləri həyata keçirir?

Lent.az -ın mövzu ilə bağlı suallarını cavablandıran qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metropoliten mürəkkəb və çoxşaxəli infrastruktura malik ictimai nəqliyyat vasitəsidir. Onun sözlərinə görə, sərnişindaşıma fəaliyyəti dayandırılsa da, bir sıra strukturların və sahələrin fəaliyyəti texniki-istismar tələbləri və texnoloji proseslərə uyğun olaraq təmin olunmalıdır:

"Nazirlər Kabineti və Nazirlər Kabinetinin yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq, ən minimal tələblər səviyyəsində hazırda bu işlər görülür. Metropoliten obyektlərinin mühafizəsi, infrastrukturun sağlam vəziyyətdə saxlanılması və dediyim qaydalara uyğun olaraq, qulluğu və baxışı aparılır. Bir sıra infrastrukturun, həmçinin maşın, mexanizm və avadanlıqların da işi mövcud şəraitə uyğun təmin edilir. Bir sözlə, ən mühüm vəzifə sərnişindaşıma fəaliyyətinə metropolitenin tam saz vəziyyətdə saxlanılmasıdır".

Fəaliyyətin hansı tarixdə bərpası ilə bağlı məsələyə gəlincə isə, B.Məmmədov bu məsələnin Nazirlər Kabinetinin səlahiyyətinə daxil olduğunu, bu günə qədər olduğu kimi, müvafiq qərar olarsa, məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargahın yayacağını açıqlayıb.
Xəbər Lenti Giriş Populyar Reklam