Bakıda metro fəaliyyətini bərpa edir? » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakıda metro fəaliyyətini bərpa edir?

Bakıda metro fəaliyyətini bərpa edir?

Müəllif: cavidan
//
18 Nisan 2020
//
//

Bakıda metro fəaliyyətini bərpa edir?Əhalinin sağlamlığının, təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı Metropolitenində qatarların hərəkəti 31 mart 2020-ci il saat 22:00-dan 20 aprel 2020-ci il tarixinədək dayandırılıb.

Nazirlər Kabinetinin qərarı ilə fəaliyyətini dayandıran Bakı Metropoliteni 2 gün sonra fəaliyyətini bərpa etməlidir.

Bakı Metropoliteninin sözçüsü Bəxtiyar Məmmədov bildirir ki, hazırda metronun 2 gün sonra fəaliyyətini bərpa etməsi sual altındadır.

“O səlahiyyət Nazirlər Kabinetindədir. Operativ Qərargah hansı qərarı versə, biz ona əməl edəcəyik. Hələ ki, bununla bağlı bizə hər hansı tapşırıq verilməyib”, – deyə Bəxtiyar Məmmədov bildirib.

Lakin xüsusi karantin rejiminin uzadılacağı təqdirdə metronun fəaliyyəti hələ bir müddət də mümkünsüz kimi görünür. //Qazet.az
Xəbər Lenti Giriş Populyar Reklam