Azərbaycanın hakim partiyası Rusiya ilə Ermənistanın hərbi əməkdaşlıq müqaviləsi imzalaması məsələsinə mövqeyini açıqlayıb » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycanın hakim partiyası Rusiya ilə Ermənistanın hərbi əməkdaşlıq müqaviləsi imzalaması məsələsinə mövqeyini açıqlayıb

Azərbaycanın hakim partiyası Rusiya ilə Ermənistanın hərbi əməkdaşlıq müqaviləsi imzalaması məsələsinə mövqeyini açıqlayıb

Müəllif: Kürsüm
//
18 Ocak 2013
//
//

Azərbaycanın hakim partiyası Rusiya ilə Ermənistanın hərbi əməkdaşlıq müqaviləsi imzalaması məsələsinə mövqeyini açıqlayıb

Azərbaycanın hakim partiyası Rusiya ilə Ermənistanın hərbi əməkdaşlıq müqaviləsi imzalaması məsələsinə mövqeyini açıqlayıb.

"Əslində, müəyyən mənada Rusiyanın bu addımında yeni heç nə yoxdur. Rusiya ilə Ermənistan hərbi əməkdaşlıq haqqında müqavilə imzalayıb, Rusiyanın hərbi qüvvələri Ermənistan ərazisində yerləşir, hətta bu dövlətin sərhədlərini rus sərhədçiləri qoruyur. Rusiyanın mütəmadi olaraq Ermənistanı silahlandırması da yeni deyil. Görünür, son sərəncamı ilə Vladimir Putin Rusiya-Ermənistan hərbi-strateji əməkdaşlığını geopolitik kontekstdə bir daha gündəmə gətirmək istəyir. Başqa sözlə desək, münasibətlərin mövcud mahiyyətini bir daha ucadan səsləndirmək istəyib", bu fikirləri hakim partiyanın saytına açıqlamasında YAP sədrinin müavini - icra katibi Əli Əhmədov Rusiya Prezidenti Vladimir Putinin Ermənistanla hərbi-texniki əməkdaşlığı genişləndirmək barədə sərəncam imzalamasına münasibət bildirərkən deyib.

Əhmədov bu addımı iki dövlətin hərbi-siyasi və hərbi-texniki sahədə əməkdaşlığının davamı kimi qiymətləndirməyin tərəfdarı olduğunu bildirib və əlavə edib ki, sözügedən əməkdaşlığın Azərbaycana qarşı çevrilmiş olmasına inanmaq istəmir, çünki Azərbaycan və Rusiya qonşu və dost dövlətlərdir.
Onun fikrincə, diqqət çəkməli və Azərbaycan vətəndaşlarının narahatlıqlarını artıran başqa məqamdır.

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında vasitəçi rolunu üzərinə götürmüş ölkə münaqişənin tərəflərindən biri ilə hərbi-texniki əməkdaşlığını (indi isə bu əməkdaşlığı daha da gücləndirmək planları üzərində iş gedir) nizamlama prosesi ilə necə əlaqələndirə biləcək? Belə olan halda vasitəçinin qərəzsiz və obyektiv yanaşması necə təmin edilə bilər?!" - YAP sədrinin müavini qeyd edib.
Xəbər Lenti Giriş Populyar Reklam