TƏBİB-dən koronavirusdan ölənlərin dəfni ilə bağlı RƏSMİ AÇIQLAMA » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » TƏBİB-dən koronavirusdan ölənlərin dəfni ilə bağlı RƏSMİ AÇIQLAMA

TƏBİB-dən koronavirusdan ölənlərin dəfni ilə bağlı RƏSMİ AÇIQLAMA

Müəllif: cavidan
//
15 Nisan 2020
//
//

TƏBİB-dən koronavirusdan ölənlərin dəfni ilə bağlı RƏSMİ AÇIQLAMA


“Koronavirusdan vəfat edən şəxslər dövlət hesabına dəfn edilir”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, bu prosesdə bütün xərcləri dövlət öz üzərinə götürür:

“Karantin müddətində xəstəxana və digər tibb müəssisələrində hər hansı xəstəlikdən vəfat edən şəxslərin ailələrinə çatdırılması prosesində, cənazənin götürülməsi və dəfn edilməsi üçün ailə üzvlərinə şərait yaradılır.

Tibb müəssisələrində vəfat edənlərin ailələrinə yardım edilir. Onun dəfnində iştirak təmin edilir”, - deyə sədr qeyd edib.
Xəbər Lenti Giriş Populyar Reklam