Məşhur türk jurnalisti Mehmet Ali Birand vəfat edib » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Məşhur türk jurnalisti Mehmet Ali Birand vəfat edib

Məşhur türk jurnalisti Mehmet Ali Birand vəfat edib

Müəllif: Kürsüm
//
17 Ocak 2013
//
//

Məşhur türk jurnalisti Mehmet Ali Birand vəfat edib

Məşhur türk jurnalisti Mehmet Ali Birand cümə axşamı vəfat edib. Bu barədə CNN Türk telekanalı məlumat yayıb.
Daha əvvəl Türkiyənin məşhur teleaparıcısı, "Kanal D" telekanalının Xəbərlər Departamentinin rəhbəri Mehmet Ali Birandın cümə axşamı vəfat etdiyi barədə məlumat türk KİV-ləri tərəfindən artıq yayılmışdı. Bildirilmişdi ki, öd kisəsindəki stendin dəyişdirilməsi üçün edilən cərrahiyyə əməliyyatı zamanı 72 yaşlı Birandın ürəyi dayanıb. Lakin daha sonra Birandın müalicə olunduğu "Vehbi Koç Vakfı Amerikan Xəstəxanası" bu məlumatı təkzib etdi.
"Onun öd kisəsinə stent taxılmışdı və o stentin dəyişdirilməsi ilə bağlı rutin əməliyyat keçirilməliydi. Əməliyyat oldu, amma stent dəyişdiriləndə infeksiya yarandı. Həmin infeksiyanı təsbit etmişik. Birandı qanının normallaşması üçün xəstəxanada saxlamışıq" deyə xəstəxananın açıqlamasında bildirilmişdi.
Birand dünən vəziyyəti pisləşdiyindən xəstəxanaya aparılıb.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam